Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək

Oktyabrın 4-də Moskvada "Rusiya enerji həftəsi" adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, iclasda yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, "Samur" çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın "Vahid Enerji Sisteminin Sistem Operatoru" SC ilə "Azərenerji"ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi vəs. məsələlərin müzakirəsi nəzərdə tutulub.

Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR