İKT üzrə təlimlər keçirilib

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə İKT-nin təhsildə tətbiqi üzrə təlimlər keçirilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 7 ay ərzində davam edən təlimlərdə 3780 nəfər pedaqoji və inzibati-idarəetmə heyəti iştirak edib. Təlimlər ölkəmizin ümumilikdə 21 şəhər və rayonunu əhatə edib. Təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına və İKT-nin tədris prosesində tətbiqi üzrə vərdişlərin formalaşmasına yönəldilib.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən keçirilən təlimlər İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, elektron məzmun, layihə metodikası və müasir tədris strategiyalarından istifadə istiqamətləri üzrə təşkil olunub.

Təlimlərin nəticəsi olaraq Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən iştirakçıların yekun qiymətləndirilməsi aparılacaq və təhsil işçilərinə sertifikatlar təqdim olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR