Ekspert: "Neftin bahalaşması Səudiyyə Ərəbistanından asılıdır"

"Neftin qiymətinin qalxması ilə bağlı ən mühüm amil OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı)  ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanının İrandan azalan neft tədarükünün yerini doldurmağı bacarıb-bacarmayacağı və ya bunu istəyib-istəməyəcəyidir".

Bunu  "Thomson Reuters" media qurumunun neft bazarları üzrə redaktoru Qleb Qorodiank deyib.

Onun sözlərinə görə, neftin qiymətləri hazırda üç başlıca amilin təsiri altındadır: "Birincisi, dünya bazarı ABŞ sanksiyaları nəticəsində İrandan neft tədarükünün azalmasını gözləyir. İkincisi, Venesuela və Liviyada neft hasilatının, həqiqətən də, qeyri-sabit olması məsələsi. Üçüncüsü, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrində hasilat azalır və beşillik orta dəyərdən aşağı səviyyəyə düşüb".

Ekspert qeyd edib ki, hətta Avropa ölkələri İranı dəstəkləyən siyasət yeritsə və İran neftinin idxalçılarının bir qismi ondan imtina etməsə belə, İrandan neft tədarükünün azalması gözləniləndir. Onun sözlərinə görə, bu da bir tərəfdən bazarda bolluğun olmadığına, yəni OPEC tərəfindən təklif üstünlüyünü ortadan qaldırdığına dəlalətdirsə, digər tərəfdən də xam neftə xeyli yüksək tələbatın qaldığı halda, təklif daha azdır və çox güman ki, sanksiyalar nəticəsində yaxın aylarda azalmağa davam edəcək: "Yəni "sabit tələbata məhdud təklif"lə qarşı-qarşıyayıq".

Bundan savayı, Səudiyyə Ərəbistanının İran neftinin bazarda azalacağı təqdirdə, hasilatı artırmağa, yoxsa qiymət artmasına doğru addımlar atmağa üstünlük verəcəyi məsələsi hamını müəyyən qədər narahat edir. Ümumiyyətlə, bütün neft ixrac edən ölkələr təbii ki, qiymətlərin yüksək olmasında maraqlıdır.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR