Yardımlıda 22 km uzunluğa malik yolun yenidən qurulması yekunlaşır

Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 km olan avtomobil yolunda işlər sürətlə davam etdirilir. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, söhbət yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolundan gedir.

Başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyytli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil  yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis olub. Çünki avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklü idi. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı.

Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR