Yunus Oğuz: "Gələcəkdə Azərbaycanın kosmik gəmisinin olacağı təəccüb doğurmur"

""Azerspace 2" peykinin orbitə çıxarılmasının bir azərbaycanlı üçün mənəvi tərəfi qürur və fəxrdir. Dünyada orbitə peyk buraxan dövlətlərdən birinin Azərbaycanlı olması çox vacib məqamdır".

Bu fikirləri "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Orbitə buraxılan peyklərin Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən baş redaktor bildirib ki, "Azerspace 2" də digər peyklər kimi ölkəmizə əlavə gəlir gətirəcək.

Baş redaktorun sözlərinə görə, peykin digər əhəmiyyətli xüsusiyyəti onun informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malik olmasıdır: "Hər kəsə məlumdur ki, başqa dövlətlər bizim peykimiz vasitəsilə televiziya yayımlarını həyata keçirilər. Lakin burada bizim üçün ən vacib məqam özümüzün şəxsi informasiya təhlükəsizliyinin olmasıdır. Beləliklə, ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı tam şəkildə aradan qaldırmış olur".

Y.Oğuz bildirib ki, Azərbaycanın orbitə buraxdığı peyklərlə dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm şəkildə izləmək mümkündür: "Siz bilirsiniz ki, artıq Azərbaycanın peykləri ilə ölkəmizin istənilən yerinin baş planını çəkmək mümkündür. Artıq Azərbaycan kosmosla çalışır".

Baş redaktor qeyd edib ki, gələcəkdə Azərbaycanın kosmik gəmisinin olacağı təəccüb doğurmur: "Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirməklə yanaşı həm də, genişləndirir. Bütün bunlar kosmik gəminin nə vaxtsa kosmosa buraxılması deməkdir. Bundan öncə də dövlətlər ilk olaraq peyklərini orbitə buraxıb daha sonra kosmik gəmiyə sahib olublar".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR