Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub

Energetika Nazirliyində Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətiilə görüş keçirilib. "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələrdən danışan energetika nazirinin müavini Samir Vəliyev Avropa İnvesitisiya Bankının "Cənub Qaz Dəhlizi" layihəsinə maliyyə dəstəyini yüksək qiymətləndirib. Nazir müavini ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın enerji sektorunda genişləndirilməsində maraqlı olduğunu bildirib.

Avropa İnvestisiya Bankının vitse-prezidenti VazilHudak isə deyib ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlıqda enerji layihələrinə xüsusi maraq göstərir. VazilHudak həmçinin bildirib ki, AİB bərpa olunan enerji mənbələri, əsasən külək və günəş enerjisi, neft-kimya məhsulları sahəsində əməkdaşlığa xüsusi önəm verir. Onun sözlərinə görə, Avropada külək enerjisinə ən böyük investisiya AİB tərəfindən ayrılıb.

Görüşdə bərpa olunan enerji mənbələrinin inkişafınaAvropa İnvestisiya Bankının  mümkün texniki və maliyyə dəstəyi, enerji səmərəliliyi, generasiya güclərinin artırılması, elektrik veriliş xətlərinin yenilənməsi kimi məsələlərlə bağlıəməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR