Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verildi

Nəsimi rayonu Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki,əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 24 m təşkil edir. 

2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 m-dən 24 m-ə qədər genişləndirilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılıb. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilib. Yol ayrıcında yerləşən dirəklər ləğv edilib.

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhbə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR