Ağcabədi rayonunun daha bir kəndinə təbii qaz verilib

Sentyabrın 18-də Ağcabədi rayonunun  Bilağan kəndinə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu  1 690  metr polietilen və ümumi uzunluğu 9 599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılıb istismara qəbul prosesindədir.Tezliklə təbii qazın verilişi təmin ediləcək. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR