Azərbaycan turizmi yük¬sələn xətt üzrə inkişaf etməkdədir

"Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son on beş ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir.  Çünki Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, bölgələrin inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir".

Bu fikirləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin fəalı Günel Məmmədova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə, müasir dövrün çağırışlarına uyğun reallaşdırdığı, milli maraqlarımızın ən ali norma prinsiplərini özündə ehtiva edən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, dövlətçilik mənafelərinin qorunmasını, onun dinamik inkişafını, sosial-iqtisadi tərəqqisini sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya birliyinə sürətli inteqrasiyasına böyük töhfələr verməkdədir: "Ölkə başçısının hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan Azərbaycanı  bütün dünyaya siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal  və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini  daim inkişaf etdirən,   bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirlər məkanı kimi tanıtdı, ona olan etimadı daha da möhkəmləndirdi. Dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.

Hökumətin regionların inkişafına xüsusi diqqətlə yanaşması, ilk növbədə, Azərbaycanda hər bir bölgənin inkişafına əsaslanan yeni strategiyanın qurulması, bununla da regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir".

Günel Məmmədova qeyd edib ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan mühüm vəzifələrdən biri də kənd təsərrüfatının inkişaf etdirilməsidir: "Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində  iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir. Hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.          
Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur".

O vurğulayıb ki, Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da , son illər qeyri-neft sektoru üzrə xüsusi fəallıq nəzərə çarpır: "Bunun başılca səbəblərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramlarının uğurlu icrası ilə bağlıdır. Bu da Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhəti isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmizin qlobal iqtisadi şokların təsirinə yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur".

Onun sözlərinə görə, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramınının uğurla icrası nəticəsində ölkəmizdə son illərdə turizm daha da inkişaf edərək, Azərbaycan regionlarının iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi qəbııl edilib və beynəlxalq təşkilatların rəyinə görə də bunıın həyata keçirilməsi üçün respublikamızda gözəl imkanlar var: "Bu gün Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Turizmin inkişafı üçün Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin xüsusi önəmi  var. Bu tədbirlər eyni zamanda turizmin inkişafına ciddi təkan verir. Çünki onların keçirilməsi ilə biz Azərbaycanın bütün dünyada daha yaxından tanınmasına nail oluruq. İlk addım kimi Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb etdi. Bunun ardınca ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, 2015-ci ildə birinci Avropa Oyunlarının, ötən ilin iyun ayında isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Yüksək səviyyədə keçirilən bu tədbirlər həm də, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz qabağındadır. İndi ölkəmizin hər yerində, xüsusilə, Bakı şəhərində əcnəbi turistlərin sayının nə qədər artdığını aydın görmək mümkündür.

Son on beş ildə ölkəmizin iqtisadi, siyasi, sosial, mədəni və turizm sahələrində əldə etdiyi nailiyyətlər Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin və bu gün onun daxili və xarici siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin böyük zəhməti hesa­bına qazanılmışdır. 2003-ci ildə "Azərbaycan Respublikasında sosial-iqti­sadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi in­kişafı Dövlət Proqramı" haqqında prezidentin fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolun­da mühüm addımlar oldu.  Hazırda Azərbaycan turizmi yük­sələn xətt üzrə inkişaf etməkdədir.  Xarici turizmlə yanaşı, daxili turizmin inkişafına da diqqət yetirilir. Xüsusilə, bölgələrdə sosial turizmin aztəminatlı ailələrin, əlillərin istirahət və sağlamlıqlarının bərpasına yönəldilən turizmə önəm verilir".  

Günel Məmmədova bildirib ki, Azərbaycan hökuməti 2003-cü ildən başlayaraq yaxın 10-15 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqla  sürətli inkişaf strategiyasını müəyyənləşdirdi: "Hökumət neft pullarının daimi olmadığını yaxşı bildiyindən  iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Bir sözlə, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı prosesinə start verildi. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası  regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırıldı. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və  multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi uğurlar, heç şübhəsiz, ölkədə aparılan ardıcıl və davamlı islahatların  məntiqi nəticəsidir". 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR