Rusiya Bankının sədri neftin qiymətinə dair proqnoz verib

"Rusiya Bankı (Mərkəzi Bank) 2021-2022-ci illlərdə dünya bazarında neftin 1 barelinin qiymətinin 55 ABŞ dollarına düşəcəyini proqnozlaşdırır".

Bunun qurumun sədri Elvira Nabiullina bu gün keçirdiyi mətbuat konfransında deyib. 

O, qeyd edib ki, ucuzlaşma şist neftinin hasilatının genişlənməsi və xam neft hasilatına məhdudiyyətin azalması nəticəsində mümkün olacaq.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin avqust ayında neft hasilatının azaldılması ilə bağlı razılığa 115% əməl edib.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR