ABŞ-da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın Vaşinqton şəhərinə işgüzar səfər etmişdir. Səfər zamanı V.Bəylərbəyov ABŞ-ın müvafiq dövlət rəsmiləri və aparıcı transmilli şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmiş, Atlantik Şurasında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbirdə çıxış edib.

Səfirlikdən Olaylar.az -a bildirilib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasında beynəlxalq iqtisadiyyat (enerji və iqlim) üzrə baş direktor Uels Qriffit, ABŞ enerji katibinin köməkçisi D.Vaynberq, ABŞ Dövlət Departamentində dövlət katibinin köməkçisinin və enerji resursları börüsunun rəhbərinin müavini S.Oudkirk, Texas ştatından Respublikaçı konqresmen C.Barton ilə görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının strateji səviyyəsi, SOCAR tərəfindən həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin, o cümlədən, Cənub Qaz Dəhlizinin Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə xüsusi qeyd olunub.

CQD və onun ayrı-ayrı komponentlərinin icrasına ABŞ tərəfindən göstərilən davamlı siyasi dəstəyin Prezident Donald Tramp tərəfindən Prezident İlham Əliyevə Cənub Qaz Dəhlizinin açılışı və "Xəzər neft-qaz 2018" konfrans və sərgisi münasibətilə göndərilən məktublarda da öz əksini tapdığı qeyd edildi və bu dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə təşəkkür ifadə olundu.

CQD və onun komponentlərinin şaxələndirilmiş ümumavropa enerji bazarının yaradılması kimi uzunmüddətli strateji məqsədə cavab verməsi məsələsi 12 sentyabr tarixində Azərbaycanın ABŞ-dakı Səfirliyində Cənub Qaz Dəhlizinə həsr olunmuş və V.Bəylərbəyovun, Azərbaycanın ABŞ-dakı səfiri E.Süleymanovun, CQD layihəsinin iştirakçı və tərəfdaş ölkələrinin Vaşinqtondakı Səfirliklərinin nümayəndələri və ABŞ dövlət qurumlarının iştirakı ilə keçirilmiş dəyirmi masada da qeyd olunub.

Tədbirdə CQD və onun tərkib hissəsi olan TAP layihəsinin Avropanın, Balkanların enerji təchizatına, eləcə də qitənin dekarbonizasiyasına töhfə verəcəyi xüsusi vurğulanmışdır. V.Bəylərbəyov qeyd etmişdir ki, TAP həmçinin, gələcəkdə dəhlizin ötürücülük gücünün iki dəfəyədək artırılması hesabına Mərkəzi və Qərbi Avropaya qədər genişləndirilmiş və şaxələndirilmiş enerji təhlükəsizliyi sisteminin formalaşmasında əhəmiyyətli rola malik olacaqdır.

Eyni zamanda, səfər çərçivəsində 11 sentyabr tarixində ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən hesab olunan Atlantik Şurada "Cənub Qaz Dəhlizi və Avropanın təbii qaz təchizatı" mövzusunda keçirilmiş müzakirələrdə çıxış edən V.Bəylərbəyov layihə barədə iştirakçıları məlumatlandıraraq, onun Avropanın enerji təhlükəsizliyi və diversifikasiyasında rolunu vurğulanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR