Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Azərbaycanda səfərdədir

Bakıda səfərdə olan  Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 12-də səfər proqramı üzrə Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş Azərbaycan övladlarının məzarları üzərinə güllər qoyub, "Əbədi məşəl" abidəsini ziyarət edib.

"OLAYLAR" xəbər verir ki, Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə Azərbaycanla Beynəlxalq Enerji Agentliyi (BEA) arasında gələcək əməkdaşlıq imkanları və ölkəmizin enerji sektoru üzrə hədəflərinin həyata keçirilməsi ilə bağlı məsələlər   müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov Fatih Birolu qədim neft  diyarı Bakıda görməkdən məmnunluğunu ifadə edib.Bu səfərin Beynəlxalq Enerji Agentliyiilə əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Nazir Azərbaycanın qlobal enerji təhlükəsizliyinə neft-qaz  layihələri ilə davamlı dəstək verdiyini, "Cənub Qaz Dəhlizi"nin reallaşması ilə Avropada qaz  təchizatının mənbə və marşrutlarının şaxələnməsinin, xüsusilə Cənub-Şərqi Avropanın  qaz bazarında artan tələbatın ödənilməsinin təmin ediləcəyini deyib.  Nazir Xəzərdən təbii qazın  birbaşa Avropaya nəqlini mümkünləşdirən bu nəhəng infrastrukturun inşasının ölkədə digər qaz yataqlarının işlənməsinə, həmçinin başqa ölkələrin də qazının  bu dəhliz vasitəsilə  ixracına imkanlar yaratdığını vurğulayıb. 

Azərbaycana səfər dəvətinə görə təşəkkürünü bildirən Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol  isə deyib ki, qlobal enerji təhlükəsizliyində Azərbaycan  mühüm rol oynayır. "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının  enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına cavab verən layihə kimi qəbul olunur.

Söhbət zamanı Fatih Birol ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində planları  ilə maraqlanıb.Müvafiq layihələr üzrə əməkdaşlıq niyyətini və tövsiyələrini  diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR