Bu yollarda rəngləmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospektində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"OLAYLAR" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilib.  Qeyd edilib ki,  işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Bundan başqa axsam saat 22:00-dan başlayaraq Rexard Zorge,Kövkəb Səfərəliyeva və Puşkin küçələrində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR