Sahibsiz daşınmaz əşyalar kimə məxsusdur?

Son vaxtlar daşınmaz əmlakla bağlı mübahisələrin sayında artım müşahidə olunmaqdadır. Ən çox qabardılan məsələ qanunsuz torpaq sahəsi üzərində olan daşınmaz əmlakın sənədləşdirilməsilə bağlıdır. Bəzən daşınmaz əmlaka sahib olan şəxs sonradan torpağın qanunsuz olması faktı ilə üzləşir.

Hüquqşünas Alim Hüseynli bildirib ki, tikiliyə dair əqd bağlanarkən onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ da başqasına keçir: "Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr(obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya,o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdiyaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir". Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi həmin əmlakın qanuni mülkiyyətçisinə çevrilə bilər: "Mülki Məcəllənin 178-ci maddəsinə  əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Eləcə də, daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi həmin əmlakın qanuni mülkiyyətçisinə çevrilə bilər. Mülki Məcəllənin 178-ci maddəsinə  əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır".

Maraqlıdır, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlaka faktiki sahiblik edən şəxs həmin əmlaka mülkiyyət hüququ əldə edə bilərmi, yaxud sahibsiz daşınmaz əşyalar kimə məxsusdur? Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə  əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə  əsasən sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur". Onun bildirdiyinə görə, kooperativ üzvü əmlak üzərində mülkiyyət hüququnu  qeydə aldıra bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə əsasən mənzil,bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR