DGK-da xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin hər zaman iş adamları, biznes subyektləri ilə qarşılıqlı əlaqələrin, səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verdiyini, o cümlədən gömrük orqanları ilə Azərbaycanda Amerika Ticarət Palatası arasındakı səmimi və işgüzar dialoqun, vaxtaşırı keçirilən görüşlərin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, innovativ islahatlar ölkədə əlverişli biznes mühitinin yaradılmasına, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına, xüsusilə ixrac potensialının artmasına münbit şərait yaradıb. Artıq Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini özündə birləşdirən logistika mərkəzinə çevrilməkdədir ki, bu da, eyni zamanda, ölkənin tranzit potensialının sürətlə artımını təmin edən amillərdəndir.

Komitə sədri həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransının 2018-ci il mayın 2-4 tarixlərində Bakı şəhərində keçirilməsini ölkəmizin bu sahədə xüsusi mövqeyinin, eyni zamanda, beynəlxalq aləmin Azərbaycanla əlaqələrə önəm verməsinin bariz nümunəsi olduğunu vurğulayıb. Səfər Mehdiyev onu da bildirib ki, gömrük işinin təşkili sahəsində reallaşdırılan innovativ islahatlar hesabına "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması beynəlxalq ticarətin sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, xidmət keyfiyyətinin yaxşılaşdırılmasına, gömrük sistemində şəffaflığın tam təmin olunmasına şərait yaradıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR