Bal yarmarkasının keçiriləcəyi məkan dəyişdirildi

Kənd Təsərrüfatı Nazirliyi arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə tarixini və məkanını dəyişib.Nazirlikdən "Olaylar"a bildirilib ki, "Arıçılıq haqqında"  qanuna uyğun olaraq  Kənd Təsərrüfatı Nazirliyi  2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək. Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.

Yarmarkada iştirak etmək istəyən arıçılar  öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR