Azərbaycanda hotellərin Avropa təsnifatı tətbiq olunacaq

Azərbaycanda hotellərin Avropa təsnifatı tətbiq olunacaq.

Bunu Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) vitse-prezidenti Akos Niklay mətbuat konfransında deyib.

A.Niklay bildirib ki, Azərbaycan assosiasiyaya üzv olduqdan sonra bu, mümkün olacaq. Azərbaycan hotelləri bu təsnifata könüllü şəkildə qoşula bilər:

"Müsbət amil odur ki, Azərbaycan hökuməti turizm sahəsində islahatlara hazırdır. Hesab edirəm ki, növbəti addım ölkənin HOTREC-ə üzvülüyü olacaq. Biz, öz növbəmizdə həm Bakıda, həm də regionlarda hotellərlə, orta və ali tədris müəssisələri ilə tanış olmaq niyyətindəyik. Ümumilikdə ölkənin turizm sahəsində böyük potensialı var və bunu inkişaf etdirmək lazımdır".

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR