Rublun ucuzlaşması Azərbaycana necə təsir edir? - ŞƏRH

Lirənin ardınca rubl dollar qarşısında dəyər itirməyə başlayıb. Bir ay öncə 1 dollar almaq üçün 61 rubl ödəmək lazım idisə, hazırda hər dollar 66 rubl tələb edir.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, rubl təkcə ötən bir ay ərzində 8 faiz dəyər itirib:

"Milli valyutamızın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərisində Rusiya rublu manatın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla, ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır.

İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1 mlrd. 500 mln. dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir".

İqtisadçı deyir ki, rublun kəskin ucuzlaşması davam edəcəyi halda Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq və bu da ölkənin qeyri-neft ixracatına təsir göstərəcək:

"Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR