“Azərbaycan iqtisadiyyatında İranın payı kiçikdir” – İqtisadçı

"İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır".

"ABŞ dünən İrana sanksiyaları bərpa etdi. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir. Bu gün isə ABŞ prezidenti D.Trump noyabr ayında sanksiyalarin 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti "İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz" dir. Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnfilyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır".

Bu fikirləri Olaylar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

O bildirib ki, statistik rəqəmlərə fikir versək Azərbaycan iqtisadiyyatında İranın payı kiçikdir: "2018-ci ilin 6 ayın yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1%, ixracında payı 0.1% , idxalında payı 2.9% dir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 mlrd dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4%-ni təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtomobil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni, İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər".

İqtisadçı qeyd edib ki, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var: "Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Avropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinlikərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər".

Onun fikrincə, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub. İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır.

T. Mirkişili son olaraq qeyde dib ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR