Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı şimal zonasında uğurla icra edlir

2004-cü ildən etibarən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir regionunda, bölgəsində olduğu kimi şimal regionunda da uğurla icra edilib. Bu regiona daxil olan hər bir rayonda ayrı-ayrılıqda görülən işlər, həyata keçirilən tədbirlərin fonunda bunu aydın görmək mümkündür.

Respublikamızın şimal istiqamətindən giriş qapısı hesab edilən Xaçmaz rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bu illər ərzində uğurla icra edilib. Sözügedən rayonda görülən işlər, həyata keçirilən infrastruktur layihələri belə deməyə əsas verir. Bundan əvvəl icrası yekunlaşmış iki Dövlət Proqramı kimi üçüncü Regional Proqram da Xaçmazda uğurla icra edilməkdədir. Elə Proqramın icrasının sonuncu ili çərçivəsində Xaçmazda görülən işlər belə deməyə əsas verir. Belə ki, 2018-ci ilin birinci yarısında rayon üzrə ümumdaxili məhsulun həcmi 150,6 milyon manat, sənaye məhsulunun həcmi 25,9 milyon manat, kənd təsərrüfütı məhsullarının ümumi 63,3 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 43,3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 206,9 milyon manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 56,8 milyon manat, adam başına düşən pul gəlirləri 848,2 manat, orta aylıq əmək haqqı 343,3 manat təşkil edib. Bundan başqa nəqliyyat sahəsində xidmətlərin həcmi 3,5 milyon manat, rabitə xidmətlərin həcmi 772,1 min manat olub. Dövlət Proqramı çərçivəsində ümumi sahəsi 11361 m² olan mənzil tikilib istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri əhalinin rahatlığına xidmət edib.  Şəhərin giriş hissəsində Bakı prospektində 14000 metr, akademik Zərifə Əliyeva, Z.Tağıyev, N.Nərimanov küçələrində 10000 metr  məsafədə beton bardyurlar qoyulub. Əsas istirahət guşələrindən biri olan  "Seyrəngah"-da 3500 m2 ərazidə yeni dekorativ tamet daşları döşənib. "Azərsu" ASC-nin Xaçmaz regional idarəsinin qarşısında tikilmiş və  memarlıq üslubuna görə rayon üçün yeni bir tkinti nümunəsi hesab olunan "Saatlar Qülləsi"-də Rusiya Federasiyasından gətirilmiş üç ədəd saat quraşdırılıb. Həmin ərazinin  ətrafına  yeni mozaika üslubunda pilətələr döşənməklə yanaşı, 1200 paqon metr uzunluğunda bardyur düzülüb. Rayonun Xudat şəhər istiqamətindəki "Giriş Qapılari"na yaxın ərazidə 300 metr uzunluğunda hasarlanma işləri aparılıb. Bundan əlavə Bakı prospektində 1,2 km uzunluğunda  torpaqlanma işləri aparılıb. Həmin torpaqlanma aparılmış  ərazidə  5000 kvadrat metr əraziyə qazon örtüyü salınıb və 1000-dən çox dekorativ ağac və kollar əkilib. Bakı prospektində şəhər qəbiristanlığına giriş qapısı olaraq şərq memarlıq üslubunu  özündə əks etdirən Minarə ucaldılıb və həmin Minarənin 2-ci mərtəbəsində namazgah yaradılıb.

Dövlət Proqramı çərçivəsində rayonda əhalinin kommunal problemlərinin həlli istiqamətində də ciddi addımlar atılıb. Belə ki, Dövlət Proqramı çərçivəsində rayonun 19 kəndinin (Nabran,Turist, Dalğalı, Samurçay, Şimali, Günəşli, Tel, Yaquboba, Xanoba, Səlimoba, Vələmir, Meşəli, Sahillər, Aşağıoba, Aslanoba, Seyidlikəndyeri, Xuray, Çaxçaxlı, Pərdiqıran) qazlaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılıb. Təkcə cari ilin 6 ayı ərzində Dövlət Proqramına əsasən rayonun Çaxçaxlı, Seyidli, Meşəli, Sahillər, Dalğalı, Turist, Samurçay kəndlərində qazlaşma işləri aparılıb. Bundan  başqa Nabran, Şimali, Günəşli, Aşağıoba, Xuray, Vələmir, Pərdiqıran, Qaracikzeyid, Aslanoba kəndlərində təbii qazın açılışı olub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Qusar rayonunda da uğurla icra edilib. Məlumat üçün qeyd edək ki, ərazisi 1542 kvadrat kilometr olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd var.  Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 01 yanvar 2017-ci il tarixə 96,5 min nəfərdir. Rayonun əhalisinin 21 faizi şəhərdə, 79 faizi kəndlərdə yaşayır.

Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara-mərmər, limonit, xalkopirit, əhəngdaşı və s. rast gəlinir. Burada təqribn 200 adda bitki və zəngin heyvanat aləmi mövcuddur. Rayonda 22500 hektar meşə sahəsi (palıd, fıstıq, vələs və s.) var.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Qusar rayonunda bir çox işlər görülüb, infrastruktur layihələri həyata keçirilib. Xüsusilə, Dövlət Proqramı çərçivəsində rayonda yol infrastrukturunun yenilənməsi, müasir standartalara cavab verən yolların çəkilməsi istiqamətində kifayət qədər işlər görülüb. Belə ki, son illər ərzində rayon ərazisində Həzrə-Samur, Həzrə-Zuxul, Qusar-İmamqulukənd, Qusar-Ləzə, Qusar-Xudat istiqamətlərində əsas avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, Bakı-Rusiya Federasiyası Dövlət sərhəddi avtomobil yolunda isə əsaslı tikinti işləri hazırda davam etdirilməkdədir.

Dövlət Proqramı çərçivəsində Qusarın içməli su təchizatının yaxşılaşdırılması istiqamətində də kifayət qədər işlər görülüb. Belə ki, Qusar şəhərinin küçələri su-kanalizasiya sistemləri yenidən qurulduqdan sonra əsaslı şəkildə təmir olunub və tikinti zamanı qazılmış yolların böyük hissəsi asfaltlanıb. Həmin küçələrdə səkilər quraşdırılıb, yol kənarı işıqlandırma sistemləri, elektrik və rabitə xətləri qaydaya salınıb. Artıq bir neçə ildir ki, yeni avtobuslar gətirilməklə şəhərdaxili sərnişin daşınmasında olan problemlər aradan qaldırılıb.

Rayon əhalisinin içməli su, kanalizasiya, elektrik enerjisi, təbii qaz və digər təlabatlarının ödənilməsi üçün sistemli şəkildə tədbirlər həyata keçirilir. Təkcə son zaman kəsiyində Qusar şəhərində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, Hil kəndində yeni içməli su xətlərinin istifadəyə verilməsi, Suvacal kəndinə təbii qazın verilməsi, Qusar-Xudat avtomobil yolunun əsaslı təmiri, Qusar şəhər 2 saylı uşaq bağçasının ikinci korpusunun əsaslı təmiri və digər tədbirlər həyata keçirilib.

Azərbaycanın şimal-şərqində yerləşən və respublikamızın paytaxtı Bakı şəhərinə  ən yaxın dağlıq rayonda yerləşən Xızı rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilib. Belə ki, ötən illər ərzində rayonda görülən işlər fonunda bunu əyani şəkildə görmək mümkündür.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən  tədbirlər nəticəsində 01 aprel 2016-cı il tarixinədək rayon ərazisində  197 yeni iş yeri yaradılıb, mövcud ştat vahidlərinə və yeni yaradılmış iş yerlərinə qəbul olunmaqla 187 nəfər işlə təmin olunub. Dövlət başçımızın tapşırığı əsasında həyata keçirilən "Samur-Abşeron suvarma sisteminin yenidən quruilması" layihəsi çərçivəsində Xızı rayonu üzrə ilkin olaraq kateqoriyasının dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi nəzərdə tutulan 4319,78 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunub. Layihə çərçivəsində "Aqromarket" servis MMC tərəfindən Giləzi qəsəbəsində  12 ədəd müasir tipli "Valley" dairəvi suvarma sistemi quraşdırılıb ki,  təcrübə üçün həmin ərazidə 129 ha sahədə arpa, 40 ha sahədə buğda, 42 ha sahədə taxılla qarışıq yonca  əkini aparılıb. 

Sayca üçüncü Dövlət Proqramının icrası nəticəsində 2016-cı ilin birinci rübü ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 9  milyon 605 min 800 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 236 min 700 manat (2,5 faiz) coxdur. O cümlədən, kənd təsərrüfatı məhsulunun  həcmi  197 min 600 manat, yəni 3,2 faiz artaraq  6 milyon 300 min 500 manat, nəqliyat sektorunda əldə olunan gəlirlər 900 manat, yəni 0,6 faiz artaraq 158 min manat, ticarət xidmətinin həcmi  16 min 600 manat, yəni 0,94 faiz artaraq 1 milyon 782 min 100 manat, informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə eyni-34 min 500 manat, sənaye məhsulunun həcmi 13 min 700 manat, yəni 1,6 faiz artaraq 880 min 100 manat, tikinti-quraşdırma işləri isə 7 min 900 manat, yəni 1,8 faiz  artaraq 450 min 600 manat olub. Ümumi məhsul buraxılışında  qeyri-dövlət sektorunun  xüsusi çəkisi 6 milyon 789 min 400 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 9 milyon 514 min 500 manat olub.        

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə üçüncü Dövlət Proqramının icrası çərçivəsində  təkcə 2016-cı ilin birinci rübündə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 13 layihə üzrə cəmi 6 milyon 114 min manat güzəştli şərtlərlə kreditlər verilib ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 12 yeni iş yeri yaradılıb. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR