Regional proqramlar bütün sahələrdə inkişafa səbəb olub

Bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Artıq bir neçə ildir ki, ölkəmiz öz inkişaf və tərəqqisinə görə, dünyanın iqtisadi baxımdan qabaqcıl ölkələri ilə eyni sırada qərarlaşıb. Hətta belə demək mümkünsə  Azərbaycan iqtisadi sahədə bir sıra göstəricilərinə görə, dünyanın qabaqcıl ölkələrini geridə belə qoya bilib. Təbii ki, bu da ilk növbədə ölkədə həyata keçirilən uğurlu siyasət, islahatlar, eləcə də düzgün idarəçilik nəticəsində mümkün olub.

Bu gün Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasına fikir versək aydın şəkildə görə bilərik ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Yəni Azərbaycan iqtisadiyyatı yalnız konkret bir sahə üzrə inkişaf etməyib. Düzdür, 2000-ci illərin əvvəllərinə qədər Azərbaycan iqtisadiyyatının yalnız neft sektoru üzrə inkişaf etdiyini deyə bilərdik. Bu da təbii idi. Çünki bu illərə qədər ölkədə yalnız neft sektorunu inkişaf etdirmək mümkün idi. Neft sektorunun inkişafını şərtləndirən başlıca  amil isə 1994-cü ildə, Bakıda "Əsrin müqaviləsi"nin imzalanması idi. Hər kəsə bəllidir ki, sözügedən müqavilə ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanmışdı. Məhz ulu öndərin apardığı uzunmüddətli və səmərəli danışıqlar, dünyanın nüfuzlu neft şirkətləri ilə həyata keçirilən nəticəyə hesablanmış müzakirələr sonucda "Əsrin müqaviləsi" deyilən sənədin imzalanması ilə nəticələndi. Əslində bununla da Azərbaycan iqtisadiyyatında neft sektorunun inkişafının əsası qoyuldu. Tədricən neftdən gələn gəlirlər Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi, bu sahədə ciddi irəliləyişlər qeydə alındı.

Artıq neftdən gələn gəlirlər elə bir səviyyəyə çatmışdı ki,  onu qeyri-neft sektorunun da inkişafına yönəltmək lazım idi. Bunun üçünsə təbii ki, yeni proqramlar hazırlanmalı, strategiya müəyyən edilməli idi. Beləliklə, aparılan uzun müddətli iş və həyata keçirilən tədbirlər nəticəsində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı adlı sənəd qəbul edildi. 2004-cü ildə, Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk ilində qəbul edilən bu Dövlət Proqramı o dövr üçün hazırlanmış tarixi bir sənəd, həmçinin Azərbaycan iqtisadiyyatının regionların timsalında inkişafına zəmin yarada biləcək hüquqi baza rolunu oynayırdı.

Bu gün artıq belə proqramlardan üçüncüsü həyata keçirilir. Və qətiyyətlə demək olar ki, indiyə qədər həyata keçirilən hər üç Dövlət Proqramı uğurla həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icra vəziyyəti, proqramlar çərçivəsində bu günə qədər görülən işlər, həyata keçirilən tədbirlərə diqqət etdikdə bir sıra suallar ortaya çıxır və həmin suallara cavab axtarmaq məcburiyyətində qalırsan.

İlk olaraq ortaya çıxan sual ondan ibarət olur ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsinə hansı zərurət və ya ehtiyac vardı?

Əvvəla onu qeyd etmək lazımdır ki, bu suala bir neçə istiqamət üzrə cavab vermək lazımdır. Birincisi, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Azərbaycanı hərtərəfli inkişaf etdirmək, iqtisadi inkişafa nail olmaq zərurətindən meydana gəldi. Məlumdur ki, həmin ərəfədə Azərbaycanda yalnız neft sektoru inkişafda idi. İqtisadiyyatın digər sahələrində isə inkişaf tendensiyası özünü istənilən səviyyədə göstərmirdi. Ona görə də hökumət neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsini başlıca prioritet hesab edərək sözügedən Dövlət Proqramını hazırladı və həyata keçirdi.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanda nəyi dəyişdi və nələrə nail olundu?

Mübaliğəsiz şəkildə demək mümkündür ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bütövlükdə Azərbaycanın simasını dəyişdi. Ən əsası regionların, əyalətlərin, şəhər və rayonların simasında müsbət tendensiya baş verdi. Əgər Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edilənə qədər respublikanın ikinci böyük şəhərində belə normal qaydada infrastruktur yox idisə, əhalinin sosial problemləri kifayət qədər idisə, yaxud regionlarda ciddi şəkildə işsizlik problemi özünü göstərirdisə, lakin Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edildikdən sonra qeyd edilən mənfi məqamlar tədricən aradan qalxdı və tədricən sadaladığımız istiqamətlərdə müsbət elementlər özünü göstərməyə başladı.

Qeyd etdiyimiz kimi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları şəhər və rayonların, əyalətlərin simasını dəyişdi. Dövlət Proqramları çərçivəsində əyalətlərdə yaradılan infrastruktur şəhər və rayonlarımza olan marağı, diqqəti artırdı. Əgər regional proqramlar icra edilənə qədər xarici ölkələrdən Azərbaycana gələn azsaylı turistlər yalnız paytaxt Bakıda və Bakı kəndlərinə yaxın ərazilərdə, Xəzər dənizi ətrafındakı istirahət mərkəzlərində dincəlməyə, istirahət etməyə üstünlük verirdilərsə, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasından sonra bu mənzərə də müsbətə doğru dəyişməyə başladı. Düzdür, sözügedən Dövlət Proqramı qəbul edilənə qədər də az bir miqdarda xatici turistlər ölkəmizin regionlarına maraq göstərirdilər. Ancaq bu heç də kütləvi xarakter daşımırdı və bir qayda olaraq xarici turistlər Sovet dövründən bütün müttəfiq respublikalara məlum olan Şəkinin Marxal istirahət mərkəzi, Masallıdakı İstisu Müalicə Mərkəzi. Yaxud Naftalana gəlməyə üstünlük verirdilər. Qeyd etdiyimiz kimi bu da çox az sayda olurdu. Səbəbələri isə sadə idi. Birincisi, resöublikanın digər turizm zonaları barədə maarifləndirmə, onların təbliğ edilməsi prosesi həyata keçirilmirdi. Bu üzdən xarici ölkə vətəndaşları Marxal, İstisu, Naftalandan başqa daha hansı turizm zonaları və istirahət mərkəzlərinin olması barədə məlumatsız idilər. İkincisi isə, hətta digər turizm istirahət mərkəzləri barədə maarifləndirmə işləri aparılsa belə, onların yerləşdiyi şəhər və rayonlarda infrastruktur olmadığından xarici turistlərin həmin ərazilərə, məkanlara səfər etmək marağında deyildi. Ancaq Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi və onun yüksək səviyyədə icra edilməsindən sonra proses müsbətə doğru dəyişməyə başladı. Dövlət Proqramının icrası çərçivəsində turizm istirahət mərkəzlərinin yerləşdiyi şəhər və rayonlarda infrastrukturun yaradılması, yeni-yeni otel və istirahət mərkəzlərinin inşa olunması, ən başlıcası turizm istirahət mərkəzləri barədə təbliğat, maarifləndirmə və məlumatlandırma xarakterli materialların çap olunub xarici turistlər, ölkəmizə qonaq gələn xarici vətəndaşlar arasında paylanması bu prosesi müsbətə doğru dəyişdi. Məhz qeyd etdiyimiz istiqamətlərdə həyata keçirilən uğurlu islahatların, tədbirlərin nəticəsində bu gün Azərbaycan məhz turizm zonası kimi tanınır desək yanılmarıq. Elə ildən-ilə Azərbaycana gələn xarici turistlərin sayının artması da belə deməyə əsas verir. Sevindirici haldır ki, günümüzdə Azərbaycana təşrif buyuran xarici ölkə vətəndaşları paytaxtla yanaşı, respublikamızın bölgələrinə səfər etməyə də üstünlük verirlər və hazırda respublikanın hansı turizm istirahət mərkəzinə səər etsək, orada mütləq şəkildə xarici turistlərə rast gəlmək mümkündür. Heç şübhəsiz ki, bu da 2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrasının nəticəsidir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının müsbət tərəflərindən, istiqamətlərindən biri də əyalət insanının sosial durumunu yaşılaşdırması oldu. Etiraf etmək lazımdır ki, sözügedən Dövlət Proqramı icra edilənə qədər respublikanın şəhər və rayonlarının əhalisinin sosial-durumu o qədər də yaxşı vəziyyətdə deyildi. Əyalətlərdə işsizlik probleminin getdikcə dərinləşməsi, əhalinin rifah halının müsbətə doğru dəyişməməsi, eləcə də digər bu kimi amillər əhalinin kənddən şəhərə üz tutmasına gətirib çıxarırdı. Artıq paytaxt Bakı şəhəri həddən artıq yükləndiyindən əyalət insanı digər ölkələrə, xüsusilə də şimal qonşumuz olan Rusiyaya üz tutmaq məcburiyyətində qalırdı. Lakin Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi və onun icrası qeyd edilən mənfi tendensiyanın da aradan qalxmasına gətirib çıxardı. Beləliklə, Dövlət Proqramının icrası çərçivəsində regionlarda yeni istehsal və emal müəssisələri yaradıldı. Sovet dövründən qalan, lakin fəaliyyəti datandırılan zavodların, fabriklərin fəaliyyəti bərpa edildi. Bütün bunlar əyalətlərdə, şəhər və rayonlarda yeni iş yerlərinin açılmasına gətirib çıxardı ki, nəticə etibarilə regionlarda işsizlik problemi tədricən aradan qalxdı. Regionlarda yeni iş yerlərinin açılması heç şübhəsiz ki, əhalinin sosial rifah halının yüksəldilməsinə də öz müsbət təsirini göstərdi və nəticə etibarilə əyalətlərdə yaşam tərzi, əhalinin sosial rifah halı müsbətə doğru dəyişdi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR