Bu ilin yanvar-iyul aylarında 312 çoxmərtəbəli binaya təbii qaz verilib

"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş şlərin nəticəsidir ki, Birlik 2018-ci ilin yanvar-iyul ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 312 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"OLAYLAR" Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 17422 ailə yaşayır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR