"Azərişıq" ASC-nin strukturunda dəyişikliklər edilib

Nazirlər Kabineti "Azərişıq" ASC-nin strukturunda dəyişikliklər edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2018-ci il 1 iyun tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin strukturu"nda aşağıdakı dəyişikliklər edilib:

Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab, Kürdəmir, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri (2.5-ci bənd) "Zərdab, Kürdəmir, Sabirabad və Saatlı" sözləri "Zərdab və Kürdəmir" sözləri ilə əvəzlənib.

2.7-ci bənd (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri) Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Lənkəran) - Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri ilə əvəz olunub.

Bununla yanaşı, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin strukturuna Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri yaradılıb.

Report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR