İnfrastrukturun formalaşması regionlarlarla paytaxt arasındakı fərqi aradan qaldırıb

Dövlət Proqramının icrası kommunal xidmətlərdən fasiləsiz olaraq istifadə etmək imkanı yaradıb" - Vüqar Bayramov

"Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi və eyni zamanda icra edilməsi regionların sosial-iqtisadi inkişafı baxımından çox mühüm idi. Nəzərə alsaq ki, proqramın regionlara həm daxili investisyanın cəlb edilməsi, eyni zamanda xarici investisyanın cəlb edilməsi üçün infrastrukturun formalaşması kimi müsbət təsirləri oldu. Bütövlükdə proqramın icra olunduğu müddətə diqqət yetirsək, əgər proqram icra olunmağa başladıqda regionlarda kommunal xidmətlərin verilməsində ciddi fasilələr var idisə proqramın icrası nəticəsində artıq regionların demək olar ki, əksəriyyəti kommunal xidmətləri fasiləsiz olaraq almaq, əldə etmək, istifadə etmək imkanına malik oldu"

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Vüqar Bayramovun fikrincə, proqramın icrası investisyanın cəlb edilməsi və real sektorun inkişafı baxımından çox vacibdir. Çünki real sektor xidmətlərdən istifadəni tələb edir, sahibkarlığın inkişafı birbaşa bu tip xidmətlərin keyfiyyətindən və göstərilməsindən asılıdır. Eyni zamanda nəqliyyat sisteminin inkişaf etdirilməsi nəticə etibarilə regionlarda fəaliyyət göstərən sahibkarların paytaxt və digər şəhər bazarlarında, eləcə də xarici bazarda çıxış imkanlarının artırması baxımından vacibdir. Bu baxımdan proqramın icrası regionlarda həm infrastrukturun formalaşmasına həm sahibkarlığın inkişafı baxımından, nəqliyyat sistemi daxil olmaqla logistik sistemin formalaşmasına və nəticədə təbii ki, sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Ekspert bildirib ki, regionlar üçün spesifik cəhət ondan ibarətdir ki, regionlarda aqrar sektorun inkişafı proritetdir: "Bu gün Azərbaycanda məşğul əhalinin 18 %-i regionlarda yaşayır və regionlar aqrar sektorun inkişafı baxımından vacibdir. Aqrar sektor bütövlükdə Azərbaycan qeyri neft ixracatının 65%-nı formalaşdırır. Bu isə o deməkdir ki, regionlar təxminən bir milyard dollara yaxın aqrar ixrac potensialına malikdir. Eyni zamanda aqrar sektorun inkişafı həm də ərzaq təhlükəsizliyi və xüsusi təminatının aparılması baxımından çox vacibdir. Bu baxımdan kənd təsərrüfatındakı artım tempini, həm aqrar ixracatın genişlənməsi, daxili bazarda kənd təsərrüfatı məhsullarının payının artmasını nəticə etibarilə sözügedən proqram həm də kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir. Təbii ki, aqrar sektorun inkişafı ilə bağlı islahatların davam etdirilməsi vacibdir. Çünki aqrar sektorun inkişfı həm də islahatların aparılmasından asılıdır. Burada xüsusən də aqrar korporativlərin yaradılması, texnikanın təminatının genişləndirilməsi, fermerlərin mailiyyə və iqtisadi çıxış imkanlarının artırılması kimi mühüm faktorlar var ki, bunlar da təbii ki, formalaşması və aqrar sektorda fəaliyyət göstərən sahibkarların sözügedən xidmətlərdən istifadə edilməsinə şərait yaradır. Bu baxımdan düşünürəm ki, aqrar sektorla bağlı əldə edilən irəliləyişlərə rəğmən bu sektorda islahatların davam etdirlməsinə ehtiyac var. İslahatların davam etdirilməsi regionlarda kənd təsərrüfatının inkişafını sürətləndirəcək".

İqtisadçı-ekpert regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının turizmin inkişafına təsiri ilə bağlı danışarkən bildirib ki, regionlar üçün turizm çox spesifikdir. Əslində aparılan monitorinq və eləcə də dəyərlər göstərir ki, son 3 ildə ölkəyə gələn turistlərin böyük bir qismi regionlara gedir: "2014-cü ildən sonra ölkəyə gələn turistlər həm də regionlara səfər edir. Əgər əvvəlki dövrlərdə ökəyə gələn turistlər yalnız paytaxtda qalmağa üstünlük verirdisə və ya daha çox paytaxta qalmaq üçün gələrdisə bu gün regionlar turizm baxımından inkişaf edib. Sözsüz ki, mövcud potensial tam olaraq istifadə olunmur, yalnız bir neçə rayonlarımız turizm mərkəzləri kimi formalaşır və inkişaf edir. Amma mövcud potensiladan daha çox istifadə edilməsinə ehtiyac var"

Bayramov əlavə edib ki, infrastrukturun formalaşması turizm üçün çox vacib idi. Bu infrastruktur sözügedən proqram çərçivəsində formalaşıb. Çünki infastruktur olmalıdı ki, xarici turist regionlara səfər etməkdə maraqlı olsun. Həm də digər tərəfdən daxili turizm üçün də infrastruktur çox vacib idi və proqram infrastruklturun formalaşmasına müsbət təsir göstərdi. Nəzərə alsaq ki, Avropa birliyində turizm dövriyyəsinin 80 %-i daxili turuzmin payına düşür. Azərbaycanda da regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində də məhz formalaşmış infrastruktur həm də daxili turizmin inkişaf etdirilməsi baxımından çox mühümdir. Proqram turizmin inkişafına müsbət təsir göstərdi, lakin sözsüz ki, potensialın tam olaraq istifadə edildiyini söyləmək mümkün deyil və məqsəd də ondan ibarət olmalıdır ki, potensildan tam olaraq istifadə olsunsun.

Ekspert bildirib ki, regionların inkişafı piroritetdir. Regionlar inkişaf edirsə nəticə etibarilə bu, məşğulluğun təmin edilməsinə müsbət təsir göstərəcək: "Bu gün əgər nəticə etibarilə hər 100 nəfərdən 38-i regionlarda işləyirsə, məşğul olursa bu o deməkdir ki, regionların inkişafı həm də təbii ki, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı baxımından vacibdir. İnfrastrukturun formalaşması regionlarlarla paytaxt arasındakı fərqin mərhələ şəklində aradan qaldırılması baxımından vacib idi. Əsas məqsəd də ondan ibarıt idi ki, məhz bu fərqin mərhələ şəklində aradan qaldırılmasına nail olmaq mümkün olsun. Buna baxmayaraq regionların inkişafına töhvə verən proqram təbii ki ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.Yenə də indiki mərhələdə əsas məqsəd ondan ibarət idi ki, mövcud infrastrukrutun dəyərə tansfer edilməsinə nail olmaq mümkün olsun".

İqtisadçı-ekspert Vüqar Bayramov son olaraq qeyd etdi ki, Azərbaycan iqtisdadiyyatı bütövlükdə proqramın icrasından daha çox həm də mövcud infrastrukturu dəyərə çevirməklə daha çox töhvə verə bilər . Bu baxımdan islahatlarda, xüsusən də qeyri-neft sektorunun inkişafı il bağlı islahatlarda nəticə etibarilə məhz proqram çərçivəsində formalaşmış infrastrukturun iqtisadi dəyərə transferinə imkan yaratmalıdır.

"Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının icrası çərçivəsində regionlarda inkişaf davam etməkdədir" - Rufiz Qonaqov

"Regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı cənab prezident İlham Əliyevin müxtəlif sərəncamları və fərmanları olub. Bu proses ölkəmizdə mərhələ-mərhələ həyata keçirilib və bu gün də davam edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramına kənd təsərrüfatı eyni zamanda sənayenin inkişafı və eləcə də aqrar sahənin inkişafı və digər mühüm sahələr aiddir. Qeyd etmək lazımdır ki, bu gün regionlarımızın soail-iqtiasdi inkişafı proqramları çərçivəsində demək olar ki, Azrbaycanın regionlarında inkişaf davam etməkdədir".

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.

O bildirib ki, cənab prezidentin ölkə iqtisadiyyatı ilə bağlı açıqlamalarında Azərbaycanın 2 il öncə postneft dövrünə daxil olduğu bəyan edildi. Bununlada Azərbaycanda kənd təsərrüfatı, sənaye, yüngül sənaye, aqrar sahə və eləcə də maışnqayırma sənayesi, Azərbaycanın özünün bu gün silah-sursat istehsal edən zavodları yəni ağır sanaye, kimya sanayesi bütün sahələrdə demək olar ki, inkişaf getməyə başladı. Azərbaycn artıq bu gün öz məhsullarını dünyaya ixrac edir və biz bilirik ki, ölkəmizə vaxtilə 1991-1993-cü illər ərzində yalnız kənardan aldığımız məhsullar hesabına Azərbaycan öz təminatını edə bilirdisə bu gün Azərbaycan özü xaricə məhsul istehsal edir. Yalnız çox az müəyyən bir məhdud sahə var ki, o ölkəmizə idxal edilir, qalan məhsulları isə Azərbaycan özü həm təmin edir həm də xaricə idxal edir. Bu baxımdan bu gün regionlarımızda sosial iqtisadi inkişaf davamlı şəkildə gedir.

Rufiz Qonaqov qeyd edib ki, bu sahədə xüsusilə vurğulamaq lazımdır ki, regionlarda abadlıq işlərinin aparılması, parkların salınması, turizmin inkişafı eləcə də qeyd etmək istəyirəm ki, aqrar sahədə kənd təsərrüfatına ayrılan vəsaitlərin artırılması, avrolizinq sahəsində atılan addımlar, qida sənayesi ilə bağlı atılan addımlar və digər müxtəlif  bu kimi sahələrlə bağlı atılan addımlar sözsüz ki regionlarımızın sosail-iqtisadi inkişafına hesablanmış məsələlərdir: "Biz biliri ki, cənab prezident il ərzində bir rayona dəfələrlə səfərlər edir. Bu onu göstərir ki, ölkə prezidenti təkcə Bakı şəhərinin və ətraf rayonların yox, eyni zamanda regionların sosial iqtisadi inkişafına çox mühüm diqqət yetirir və özünün də qeyd etdiyi kimi, əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda aqrar sahə, kənd təsərrüfatı və sanaye istehsal etsin. Biz əgər DAVOS iqtisadi formunun göstəricilərinə nəzər salsaq Azərbaycan  MDB-də birinci nəticə göstərib. Ölkəmiz öz sosial-iqtisadi inkişafına görə 35-ci yerdədir. Azərbaycanın bu sahədə 35-ci yerə layiq görülməsi çox müsbət və təqdirə layiq bir haldır".

Politoloq son olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının turizmin inkişafına təsiri ilə bağlı bildirib ki,həm 1-ci Avropa Oyunları həm 4-cü İslam həmrəylik oyunlarından sonra ölkəmizə turizm axını güclənib. Turizm hər bir ölkə üçün əlavə gəlir gətirən bir sahədir. Azərbaycanda bu baxımdan regionlarda da turizmin inkişafı üçün işlər gedir. Turizm Azərbaycanda, regionlarımızda inkişaf etməyə davam edən sahədir və bu sahəyə prezidentin xüsusi olaraq Mədəniyyət və Turizm Nazirliyi yanında turizm agentliyinin yaradılmasında məqsəd ondan ibarətdir ki, bu sahə daha da inkişaf etsin.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR