İnnovasiya Müsabiqəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi BMT-nin "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə birgə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edib.

Nazirlikdən "Olaylar"a verilən məlumata görə, İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinın müəllim və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək texnologiyalar parkı" MMC-nin tədqiqatçıları, ASAN könüllüləri üçün maarifləndirmə tədbirləri keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR