Bakı-Quba-Rusiya federasiyası yolunun Gəndob-Quba hissəsi əsaslı şəkildə bərpa olunur

Bakı-Quba-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-169-cu km-liyini əhatə edən Gəndob-Quba hissəsinin yenidən qurulur. 

Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki,  II texniki dərəcəli olan magistral avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39 km-lik Gəndob-Quba hissəsində ərazilərdən asılı olaraq asfalt-beton örtükdə deformasiyalar, çökmələr və qabarmalar əmələ gəlib, örtüyün profili itib, çökmələr müşahidə olunur. Bundan başqa mövcud avtomobil körpülərinə yanaşmalarda və körpü keçidlərində də asfalt-beton örtük yararsız vəziyyətə düşüb, yol çiyinlərinin eni azaldığı üçün bərpasına ehtiyyac yaranıb.

Layihə çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə torpaq yatağı 15 metr enində çınqıllı qruntla genişləndirilir, asfalt-beton örtüyü qaşınır və bəzi hissələrdə qazılıb çıxarılır, 3 min kv.m sahədə 20 sm qalınlıqda çınqıldan əsasın alt qatı və 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığından əsasın üst qatı tikilir, texnoloji ardıcıllığa əsasən 6 sm hündürlükdə asfalt-beton örtüyünün alt layı döşənir.

Bu işlərin ardınca yol boyu asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılır. Asfalt-beton örtüyünün eni 9 metr nəzərə alınaraq yol boyu 420 min kv.m sahə 6 sm qalınlıqda asfaltlanır. Tikinti norma və qaydalarına uyğun olaraq yol boyu 230 min kv.m sahədə hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlərin 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də aparılır. Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin, daha dəqiqi 6 hərəkət zolaqlı olan Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin də asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR