Son illər ərzində aparılan iqtisadi islahatlar öz bəhrəsini verib - politoloq açıqladı

Ölkəmizdə ənənəvi xarakter alan Azərbaycanın sosial iqtisadi inkişafının yekunları ilə bağlı 6 aylıq hökümət müşavirələrində ölkənin son 6 ay müddətində daxili və xarici siyasətdə, iqtisadi və beynalxalq siyasət sahələrində yeni faktlarla rastlaşır, həmçinin ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən təhlilləri görürük.

"Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında çıxışı maraqlı, məzmunlu və proqram xarakterli idi.Ötən 6 ayın yekunlarına  həsr olunmuş tədbirdə prezident ilk olaraq onu bildirdi ki, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssiz Nəzakət Məmmədova  deyib.

O bildirib ki, seçkilərdə qazanılmış qələbənin bundan sonra da ölkəmizi inkişaf yolu ilə irəliyə aparacağı bildirildi. Seçkilərdən sonra da xalqın etiraz mitinqlərinə qoşulmamasının hakimiyyətə verilən xalq dəstəyinin ifadəsi olduğunu qeyd edən prezident xalqın onun rəhbərlik etdiyi iqtidarın siyasətini dəstəkləməsindən məmnunluğunu ifadə etdi. Doğrudan da seçki ərəfəsi və ondan sonrakı dövrdə ölkədə iğtişaş yaratmaq istəyən qüvvələrin cəhdləri tamamilə iflasa uğradı.

Nəzakət Məmmədovanın sözlərinə görə müşavirədə xarici siyasət məsələsinə də toxunan prezident haqlı olaraq qeyd etdi ki, "bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş "İslam Həmrəyliyi İli" bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir".

Həm ölkə daxilində, həm də xaricində maraqla izlənən məsələlərdən biri də, heç şübhəsiz ki, Azərbaycanla Avropa Birliyi arasında Assosiativ Sazişin imzalanması məsələsidir. Prezident İlham Əliyev buna da aydınlıq gətirdi və bildirdi ki, Birliklə ölkəmiz arasında yeni saziş layihəsi üzərində iş gedir. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. "Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir".

Ekspert qeyd edib ki, prezident İlham Əliyevin də bildirdiyi kimi etdiyi bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti Tramp İlham Əliyevə aprel-may aylarında üç məktub ünvanlamışdır. "Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir.Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir".

Azərbaycanın apardığı uğurlu və məqsədyönlü siyasətin həm də Ermənistandakı çürümüş və laxlamış korrupsioner, kriminal sistemin çökməsində mühüm rol oynadğını qeyd edən prezident iki il əvvəl baş verən Aprel döyüşlərinin də xatırlayıb.

Nəzakət Məmmədova son olaraq əlavə edib ki, ötən 6 ay ərzində ÜDM-in 1,3 kənd təsərrüfatında artımın 7,6, xarici ticarət dövriyyəsinin isə 35 faiz artdığını qeyd edən prezident, ölkəmizin valyuta ehtiyatlarının da artmasını diqqətə çatdırdı.

Energetika layihəsində olduqca əhəmiyyətli yeri olan Cənub Qaz Dəhlizinin  3 qolunun artıq icra edildiyi, TAP-ın isə başa çatmaq üzrə olduğu bildirildi. Doğrudan da Prezidentin qeyd etdiyi kimi TANAP olduqca mühüm əhəmiyyə malik layihədir. Onun fəaliyyətə başlaması bütün iştirakçı ölkələr kimi, Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin də qeyd etdiyi imi ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq. 

Bundan sonrakı illərdə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Bunu təmin etmək üçün, əlbəttə ki, islahatlar daha da dərinləşməlidir. Son illər ərzində aparılan islahatlar öz gözəl bəhrəsini vermişdir.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR