Türkiyə prezidenti: "TANAP bizlər və Azərbaycan üçün həyati layihədir”

"TANAP bizlər, Azərbaycan üçün həyati bir layihədir"

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Azərbaycanla enerji nöqtəsində əlaqələrimiz çox böyük əhəmiyyət daşıyır. Bu layihə, sadəcə, Azərbaycan və Türkiyə deyil, həm də Azərbaycan-Avropa ilə əlaqələrin qurulması üçün də böyük əhəmiyyət daşıyır. Bu layihə bizi çox ciddi maraqlandırır. TANAP qardaşlığımızın təzahürü olmaqla yanaşı, həm də strateji bir investisiyadır. Əskişehirdə atdığmız addım (TANAP-ın açılış mərasimi- RER.) çox böyük həyati addımdır", - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan vurğulayıb.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR