Azərbaycan və Türkiyənin qarşılıqlı investisiyaları 26 mlrd. dollara çatıb

Azərbaycan bu günə qədər Türkiyə iqtisadiyyatına 13,9 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan çox investisiya qoyub.

Bunu Prezident İlham Əliyev Bakıda Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında deyib.

"Yalnız qardaş ölkələr arasında bu qədər qarşılıqlı investisiya (26 mlrd. dollar) ola bilər. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi də artır və daha da artmalıdır", - deyə dövlət başçısı qeyd edib. 

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR