Azərbaycanda günəş və küləkdən enerji almağa 60 milyon manat yatırılıb

Bu vaxtadək dövlət tərəfindən Azərbaycandakı günəş və külək elektrik stansiyası üzrə layihələrə 60 milyon manatdan çox vəsait qoyulub.

"Olaylar" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib. O, qeyd edib ki, indiyədək dövlət tərəfindən 56 milyon manat günəş, 6 milyon manat isə külək elektrik stansiyaları üzrə layihələrə ayrılıb. C.Məlikovun sözlərinə görə, hazırda Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən (ABOEM) istifadənin payı 9 faizdir.

O, bildirib ki, Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payının 2020-ci ilədək 20 faizə çatdırılması nəzərdə tutulur. 2020-ci ilə qədər ölkədə 420 meqavat qoyuluş gücü olan 7 külək, 7 günəş və 9 bio enerji stansiyasının quraşdırılması planlaşdırılır. C.Məlikov bildirib ki, Azərbaycandakı külək elektrik stansiyalarının (KES) gücü hazırda 60 meqavatdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR