Xaçmazın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Xaçmaz rayonunun Dalğalı qəsəbəsinə təbii qaz verilib.

"OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, 83 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 244 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9 148 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Xaçmaz rayonunun Turist qəsəbəsi və Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir.

Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR