Rusiyanın "İnter RAO" şirkəti Azərbaycana 200 MVt elektrik enerjisi tədarük edir

Rusiyanın enerji şirkəti "İnter RAO" ASC bazar ertəsi axşamdan qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik enerjisi tədarükünə başlayıb.

Bu barədə jurnalistlərə "İnter RAO" ASC-dən məlumat verilib.

"Biz dünən 23:45-dən (Bakı vaxtı ilə çərşənbə axşamı 00:45-dən - red.) qəza qarşılıqlı yardım müqaviləsi çərçivəsində Azərbaycana elektrik tədarük edirik. 200 MVt-ın tədarükü gedir", - deyə şirkətdən bildirilib.

Çərşənbə axşamına keçən gecə Azərbaycanın əksər ərazilərində elektrik enerjisi verilişi dayanıb. "Azərenerji"nin məlumatına görə, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR