Sədr: “Turizm informasiya mərkəzlərinin fəaliyyətində ciddi dəyişikliklər ediləcək”

"Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək".

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün keçirilmiş müşavirədə deyib.

O bildirib ki, turizm informasiya mərkəzləri daha innovativ, kreativ, müasir üsullarla turistlərə xidmət edəcək, turizm informasiya mərkəzlərinin regionlarda rolu artırılacaq.

Sədrin sözlərinə görə, hər bir turist bütün bölgələrdə lazımi məlumatları əldə etmək iqtidarında olmalıdır, onların arzularının və şikayətlərinin yönəldə biləcəyi ünvan olmalıdır: "Eyni zamanda, Dövlət Turizm Agentliyinin qarşıya qoyduğu əsas məsələlərdən biri regionların turizm potensialının təbliğində və turizm istiqaməti kimi formalaşdırılmasında Turizm İnformasiya mərkəzlərinin rolunu artırmaqdır".

APA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR