Daha bir kəndə təbii qaz verilib

İyunun 27-də Sabirabad rayonunun Zəngənə kəndinə təbii qaz verilib.

"OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 599 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 318 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 96 747 metr müxtəlif diametrli metal borularla daşıyıcı,paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində və Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR