Gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib

Energetika Nazirliyi may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Azərbaycanda may ayı ərzində gündəlik neft hasilatı 801 min barrel olub. Bunun 748 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib. Gündəlik 635 min barrel xam neft, 53 min barrel kondensat, 17,8 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib. Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min, aprel ayında isə 785,7 min  barrel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR