Avropa İttifaqının nümayəndəsi İtaliya hökumətinin TAP-la bağlı bəyanatını şərh edib

"Avropa İttifaqı (Aİ) üçün Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı hökumətlərarası müqavilə mövcuddur. Əgər müqavilə varsa, o, həyata keçirilməlidir".

Bunu açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis İtaliyanın Ekologiya Nazirliyinin TAP layihəsini yenidən nəzərdən keçirməyin vacibliyi barədə bəyanatını şərh edərkən deyib.

"Əlbəttə, əgər yeni İtaliya hökuməti bu müqavilənin hansısa müddəasını dəyişdirmək istəyirsə, bunun üçün qanuni üsullar var. Bu, olsa, o zaman baxarıq", - diplomat bildirib.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR