Dövlət büdcəsindən şəhid ailələrinə 58 milyon manat ayrılacaq

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlqədar 2018-ci ilin dövlət büdcəsindən əlavə vəsait ayrılacaq.

Məlumata görə, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Bildirilib ki, 2018-ci ilin dövlət büdcəsində "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş  hərbi qulluqçuların  ailə  üzvlərinin  sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı  əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tədbirlərin maliyyə  təminatı üçün 58,3 milyon  manat vəsait nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR