“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar, 15 iyun 2018-ci il tarixdən 20 iyun 2018-ci il tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

"OLAYLAR"-a İstehsalat Birliyindən daxil olan məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla  fasiləsiz  təmin edilməsi, eləcədə "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "Çağrı mərkəzi"nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti idarəsində, Texniki istismar şöbəsində, Sumqayıt Qaz İstismar Sahəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur.

"Azəriqaz" İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR