Azərbaycan BMT sorğusunda 3-cü oldu - DGK rəsmisi

Azərbaycan BMT-nin ticarətin asanlaşdırılması istiqamətində keçirdiyi sorğuda 3-cü yeri tutur.

Bunu Dövlət Gömrük Komitəsi Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarə rəisinin birinci müavini Anar Süleymanov deyib.

Onun sözlərinə görə, 120 ölkə arasında ticarətin asanlaşdırılması istiqamətində keçirilən sorğu əsasında 47 tədbir baş tutub:

"Ümumdünya Ticarət Təşkilatının sazişi əsasında 47 tədbirin keçirilməsi qərarlaşdırılıb. Azərbaycan bu sorğuda 3-cü yeri tutub. Açıq dənizə çıxışı olmayan ölkələr arasında isə 75 faiz göstərici ilə Azərbaycan birinci yerdədir".

Anar Süleymanov qeyd edib ki, 2016-cı ildən bu istiqamətdə görülən işlərin nəticəsi olaraq ölkədə bu gün elektron gömrük xidmətləri yüksək səviyyədədir:

"Transsərhəd kağızsız ticarətin həlli prosesi isə nisbətən daha az tətbiq edilir".

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR