Nazir: "Nəqliyyat sahəsində Aİ-Azərbaycan əməkdaşlığı qarşılıqlı səmərəli şərtlər üzərində qurulub"

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq qarşılıqlı səmərəli şərtlər üzərində qurulub.

Trend-in məlumatına görə, bunu 4-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, Azərbaycan regionda bir sıra nəqliyyat layihələrinin təşəbbüsçüsü və iştirakçısıdır:

"Bu sahədə reallaşdırılmış layihələrdən biri kimi Bakı-Tbilisi-Qars (BTQ) layihəsini hesab etmək olar. Bu layihə regionda strateji vacib rol oynayır və Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur. BTQ etibarlı və təhlükəsiz daşımanı təmin etməyə qadirdir".

R.Quluzadə həmçinin ölkədə beynəlxalq dəniz ticarət limanının tikintisi layihəsini qeyd edib:

"Bu liman Xəzər hövzəsində yük və sərnişin daşımalarında vacib rol oynayacaq ən böyük kompleksdir. Ölkənin tranzit potensialının inkişafı üçün biz beynəlxalq əməkdaşlığı prioritet hesab edirik və bu baxımdam Avropa ilə əməkdaşlıq bizim üçün xüsusilə vacibdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR