Nazir müavini: "İKT sahəsində Avropanın qabaqcıl həlləri tətbiq edilir"

İnformasiya və telekommunikasiya inkişafı üzrə strateji yol xəritəsi uyğun olaraq, ölkədə İKT üzrə müstəqil tənzimləyici qurumun yaradılması nəzərdə tutulur və bu sahədə işlər görülür.

"Report"un məlumatına görə, bunu Azərbaycan - Aİ biznes forumu çərçivəsində" İKT və e-kommersiya" adlı paneldə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu sahədə Avropanın təcrübəsi əsas olaraq götürülüb.

Nazir müavini İKT sahəsində Avropa ilə əməkdaşlığına toxunaraq bildirib ki, bu əməkdaşlıq güclüdür, hər iki tərəf təcrübə mübadiləsi aparır, Avropanın qabaqcıl həlləri tətbiq edilir.

"İKT enerji sahəsindən sonra ikincə ən böyük sektordur. Ölkə əhalisinin 79% internetə çıxışı var, 77.2% ev təsərrüfatı internetlə təmin olunub. Azərbaycanda rəqəmsal televiziyaya keçidi təmin olunub, hazırda da rəqəmsal radio yayımı ilı bağlı hazırlıqlar davam edir. Bundan başqa bu il ikinci peyk fəzaya buraxılacaq. Bu nailiyyətlər müxtəlif təşkilatların hesabatlarında öz əksini tapıb. Məsələn, BMT-nin elektron hökümətin tətbiqi ilə bağlı hesabatında Azərbaycan 195 ölkə arasında 56-cı yer tutub", - deyə nazir müavini vurğulayıb.

Bununla belə, E. Vəlizadə bildirib ki, bu sahədə hələ də ki çoxlu işlər görülməlidir. Bu müstəvidə o, ölkədə genişzolaqlı internetin təmin edilməsi məsələsini qeyd edib və bildirib ki, bu istiqamətdə müvafiq layihələr nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR