Ümumdünya Turizm Təşkilatından təşəkkür məktubu

Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Zakir Əliyevin  ünvanına Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi cənab Zurab Pololikşvili adından təşəkkür məktubu daxil olub. "OLAYLAR"-a Mərkəzin mətbuat xidmətindən bildirilib ki, məktubda cənab Pololikaşvili ÜTT adından cənab Əliyevə peşəkar fəaliyyətinə, ölkənin turizm sektorunun inkişafına töhfə verdiyinə və  BTİM-in (ÜTT-nın əlaqəli üzvü) direktoru qismində ÜTT-nın tədbirlərində və fəaliyətində iştirakına görə təşəkkürünü bildirib.
 

Məktubda həmçinin Əliyevin ölkəsində turizmin inkişafına yönəlmiş  səylərinin davam edəcəyinə dair əminlik vurğulanıb.

Qeyd edək ki, ÜTT- BMT-nin hökumətlərarası ixtisaslaşmış təşkilatı olaraq 158 
iştirakçı ölkəni və 507 əlaqəli üzvünü birləşdirir. Bakı Turizm  İnformasiya Mərkəzi 2011-ci ildən ÜTT-nın əlaqəli üzvüdür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR