Azərbaycan ilin sonunadək Şanxayda şərab evi açacaq

Azərbaycan Çində bu ilin sonuna qədər şərab evini açmaq niyyətindədir. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.

AZPROMO prezidentinin sözlərinə gröə, bu istiqamətdə texniki xarakterli işlər görülür, bu il ərzində Şanxayda şərab evi açılacaq.

R.Məmmədov deyib: "Şərab evi ilə bağlı dünən Şanxaydakı azad ticarət zonası ilə danışıqlar aparılıb. Bu işdə bir çox proseslər bizdən asılı deyil. Oranın qanunvericiliyi, fərqli prosedurlar var".

Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR