Mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramı hazırlanacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində "Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi" adlı layihənin həyata keçirilməsinə start verilib. 

"OLAYLAR"-a İctimai Birlikdən verilən məlumata görə layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması, aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir.

Layihə çərçivəsində ilkin olaraq universitetlərdə ekspertlərin köməyi ilə mövcud proqram nəzərdən keçiriləcək. Mövcud proqramı yeni standartlara uyğunlaşdırmaq üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzi təşkilatımız ilə birgə bu sahədə ixtisaslasmış ekspertlərdən ibarət işçi qrupu yaradılaraq, bu qurupun vasitəsi ilə vahid tədris proqramının ilkin versiyası hazırlanacaq. Daha sonra Bakı şəhərində dəyirmi masa təşkil edilərək hazırlanmış son proqramın müzakirəsi keçiriləcəkdir və ekspertlərin imzası ilə təsdiq olunaraq aidiyyatı qurumlara rəy almaq üçün təqdim olunacaqdır.

Layihənin həyata keçirilməsi müddəti 3 aydır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR