Azərbaycan sahibkarları Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunub

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti 12-15 may 2018-cı il tarixdə Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak edib.

ASK-dən "OLAYLAR"-a bildirilib ki,  tədbirin əsas mövzusu Konqresın fəaliyyətinin aktual məsələlərinin müzakirəsi , Konqresin üzvlərinin və tərəfdaşlarının iştirakı ilə praktiki proqram və layihələrin habelə , beynəlxalq iqtisadi əməkdaşlıq problemlərinin reallaşdırılması olub. Şuranın iclasında nəqliyyat-loqistika üzrə qarşılıqlı fəaliyyət , biznes proseslərinə hüquqi yardım, Konqresin üzvlük bazasının daha da optimallaşdırılması , gələcək tədbirlərin hazırlanması məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində beynəlxalq və regional strukturların biznes nümayəndələri , Avropa və Asiyanın ayrı-ayrı dövlətlərinin aparıcı təşkilatlarının əməkdaşları ilə işgüzar görüş və danışıqlar aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR