"Abşeron" yatağında hasil edilən bütün kondensat SOCAR-a təhvil veriləcək

"Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron"  yatağında hasil edilən bütün kondensat həcmləri Dövlət Neft şirkətinə təhvil veriləcək".

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

"Abşeron yatağında hal-hazırda Fransanın "Total" Şirkəti tərəfindən konservasiya işləri aparılır. Bu işlər iki və ya bir neçə ay çəkə bilər. Sonra isə Total şirkəti Abşeron yatağında yeni istismar quyusunu qazmağa başlayacaq".

Onun sözlərinə görə, SWOP prinsipi əsasında Fransanın "Total" şirkətinə müqavilədə nəzərdə tutulmuş kondensatın əvəzinə Ceyhan limanında neft veriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR