Rusiya ilə turizm sahəəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiya  Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev və  "Rusiya eksport mərkəzi" Səhmdar  Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib. AZTA-dan "OLAYLAR"-a bildirilib ki, görüş zamanı Azərbaycan və Rusiya arasında mövcud turizm münasibətləri  və inkişaf perspektivləri müzakirə edilib. Qonaqlar turizm sahəsinin  inkişafı məsələsinin 2017-ci ilin sentyabrında keçirilmiş "VIII 
Rusiya-Azərbaycan Regionlararası Forum"da da əsas mövzulardan biri  olduğunu qeyd ediblər. Rusiya Federasiyasının Azərbaycanda ticarət 
nümayəndəsi Eldar Tlyabiçev qeyd etdi ki, Rusiya tərəfi turizmin  inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır,  Belə ki, qisa zaman ərzində turizm sektorunun inkişafı, turist axınının,  xüsusilə də varlı turistlərdən sayılan, ərəb turistlərinin cəlb edilməsi  təqdirəlayiqdir.
"Hazırda Rusiyada Azərbaycanda olduğu kimi turizmin inkişafı perspektiv  məsələlərdən sayılmır, lakin, qarşıda duran perspektiv inkişaf  sahələrindəndir", - deyə Eldar Tlyabiçev qeyd etdi.
"Rusiya eksport mərkəzi" Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev isə  qeyd edib ki, növbəti Rusiya-Azərbaycan Regionlararası Forum sentyabr 
ayında Gəncədə keçiriləcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin  Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin 
razılığı əsasında Rusiya tərəfi əlaqəli turizm münasıbətlərinin inkişafı  üçün təklıflər hazırlayıb forum iştirakçılarına təklif etməlidir. 
Qonaqlar bu təklifləri hazırlamaqda Azərbaycan Turizm Assosiasiyasıının  dəstəyinə ümidvar olduqlarını qeyd etdilər. Nahid Bağırov rusiyalı mütəxəssislərə AZTA-nın yardım etməyə hazır 
olduğunu qeyd etdı və Azərbaycanın turizm modelinin inkişafı, eləcə də  son illər turizm inkişafının yerlı və xarici iqtisadi münasibətlərin 
inkişafına tövhəsi barədə danışıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR