Vergilər naziri Misir Ərəb Respublikasının səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "Olaylar"a bildirilib ki, görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb. Görüş zamanı investisiya qoyuluşları üçün nəzərdə tutulan güzəştlər, azadolmalar və digər stimullaşdırıcı tədbirlər müzakirə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR