Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları " QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki,  dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.

Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə - həftənin VI günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək. Qatar 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da Bakı sərnişin stansiyasına çatacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR