Naxçıvan-Məşhəd- Naxçıvan sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, qatar Naxçıvandan 15.04.2018-ci ildən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək,   Məşhəd stansiyasına 17.04.2018-ci ildən etibarən həftənin II günləri çatıb və geriyə 18.04.2018-ci il  tarixdən etibarən həftənin III günləri yola düşəcəkdir. Qatar Naxçıvana 19.04.2018-ci il  tarixdən etibarən həftənin IV günləri çatacaq.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu  və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR